...

İsrailin hava zərbələri nəticəsində HƏMAS liderlərindən biri ölüb

Hadisə Materials 14 Noyabr 2012 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Qəzza sektorunda hakimiyyətdə olan HƏMAS İsrailin endirdiyi hava zərbələri nəticəsində hərəkatın hərbi qanadının lideri Əhməd əl-Cabarinin öldürüldüyünü açıqlayıb. Bu barədə Trend çərşənbə günü RİA Novosti-yə istinadən məlumat verir.

Daha əvvəl verilən məlumatda bildirilirdi ki, bu gün İsrail aviasiyasının hücum etdiyi Qəzza sektorunda, avtomobildə HƏMAS hərəkatının hərbi qanadının lideri əl-Cabari ola bilərdi. Həmçinin qeyd edilirdi ki, o, ağır yaralana bilər.

"HƏMAS hərəkatının siyasi bürosunun üzvü, "İzzəddin əl-Kassam briqadası"nın rəhbəri Əhməd əl-Cabari İsrail aviasiyasının Qəzza şəhərinin qərb hissəsinə endirdiyi zərbələr nəticəsində ölüb", - HƏMAS-ın rəsmi radiostansiyası "əl-Əqsa" məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti