Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın Bərdə rayonunda 21 yaşlı gəlin özünü asıb.
Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Səttərxan küçəsi, Yeni məhəllə ünvanında qeydə alınıb. 1991-ci il təvəllüdlü Səfərxanova Türkan Fəxrəddin qızı yaşadığı mənzilin hamamında özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.