Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb və qarət olunub.
Binəqədi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıda yaşayan Türkiyə vətəndaşı 1980-ci il təvəllüdlü Özgür Balta Hüseynoğlu 6-cı polis bölməsinə ərizə ilə məlumat verərək bildirib ki, noyabrın 21-də saat 02:00 radələrində Xırdalanda "İstisu" kafesinin qarşısında 4 nəfər naməlum şəxs onu döyüb, cibindən 900 dollar, 425 manatını götürərək qaçıblar.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma başlayıb.