...

Xəzərdə itkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olunub

Hadisə Materials 3 Dekabr 2012 17:22 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və geri qayıtmayıb.
Xəzərdə itkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olunub

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərdə itkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və geri qayıtmayıb.

Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti