...

Fırtına ilə əlaqədar Türkiyədə bir sıra dəniz reysləri təxirə salınıb

Hadisə Materials 20 Dekabr 2012 12:28 (UTC +04:00)
Türkiyənin Çanaqqala vilayətində güclü fırtına ilə əlaəqdar Gökçəada-Kabatəpə və Eceabad-Kəpəz istiqamətindəki bir sıra dəniz reysləri təxirə salınıb.
Fırtına ilə əlaqədar Türkiyədə bir sıra dəniz reysləri təxirə salınıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Çanaqqala vilayətində güclü fırtına ilə əlaəqdar Gökçəada-Kabatəpə və Eceabad-Kəpəz istiqamətindəki bir sıra dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.

Başqa reyslərin də təxirə salınacağı gözlənilir. Sinoptiklər axşama yaxın fırtınanın güclənəcəyi barədə xəbərdarlıq ediblər.

Artıq ikinci həftədir ki, Türkiyə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Sinoptiklər bu həftə ölkənin bir çox vilayətlərində güclü qarın davam edəcəyini proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti