Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Astarada "BMW" elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Astara şəhərində sahibi məlum olmayan "BMW" markalı minik avtomobili elektrik dirəyinə çırpılıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilaestmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və 1 nəfər sərnişin vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq rayon xəstəxanasına aparılıb, digər sərnişin yanğınsöndürən xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vəsitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.