Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir A.Tağıyeva /
Türkiyə təhlükəsizlik qüvvələrinin Hatay və Osmaniyyə vilayətlərində apardığı xüsusi əməliyyatlar nəticəsində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 13 yaraqlısı məhv edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Hürriyət" qəzeti xəbər verir.
Əməliyyatlar nəticəsində altı yaraqlı saxlanılıb. Habelə PKK-ya məxsus döyüş sursatı da müsadirə edilib.
PKK yaraqlılarının fəallaşması ilə əlaqədar Türkiyə ordusu onlara qarşı əməliyyatları bərpa edib.