...

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub (YENİLƏNİB)

Hadisə Materials 29 Dekabr 2012 00:18 (UTC +04:00)
Cümə günü Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub (YENİLƏNİB)

Yanğının söndürülməsi barədə və digər məlumat əlavə olunub (ilk xəbər 23:53-də yayılıb)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Cümə günü Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, alovun söndürülməsinə beş yanğınsöndürən dəstə cəlb olunub. Hadisə yerinə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Hazırda yanğın tamamilə söndürülüb. Binanın bütün sakinləri təxliyyə olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində həlak olan yoxdur.

Hadisə yeri polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın yerinə FHN-in müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

İlkin məlumata görə, binanın 2000 kv.m sahədə dam örtüyü yanıb. Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib.

Yanğın zamanı 250 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti