...

Bakıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 5 Yanvar 2013 22:00 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.
Bakıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonunda (Mehdiabad və Balaxanı yolunun kəsişməsində) "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub.

Trend-in FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü 1987-ci il təvəllüdlü Vəliyev Zamiq Ramiz oğlu hadisə yerində vəfat etmiş, iki nəfər sərnişin isə xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qeyd olunan yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti