...

Gürcüstanda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 8 Yanvar 2013 12:22 (UTC +04:00)
Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə Marneuli rayonu Alqeti kənd sakini 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanov saxlanılıb.
Gürcüstanda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs saxlanılıb

Gürcüstan, Tbilisi, 8 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Kvemo Kartli regionunda azərbaycanlı ailənin üzvlərini qətlə yetirən şəxs saxlanılıb.

Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə Marneuli rayonu Alqeti kənd sakini 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanov saxlanılıb.

O, "Valter" tapançası və əl qumbarası ilə silahlanaraq Dövrüşovlar ailəsinin sağ qalan üzvlərini qətlə yetirmək üçün Marneuli xəstəxanasına gedərkən yaxalanıb.

Saxlanılanın izahatına görə, ailələr arasında münaqişə qısqanclıq zəminində yaranıb. Saxlanılan izah edib ki, onun arvadına daim gizli nömrədən zəng gəlirmiş. O, zəng edənin adını müəyyənləşdirib və üç dəfə onun arvadının narahat edilməməsi xahişi ilə müraciət edib, lakin zənglər davam edib.

2013-cü il yanvarın 1-də Ramiq Əbdürrəhmanov odlu silah və əl qumbarasından istifadə etməklə öz qonşularını - Dövrüşovlar ailəsinin iki üzvünü öldürüb, birini isə yaralayıb. 1965-ci il təvəllüdlü Ramiz Dövrüşov və onun arvadı, 1966-cı il təvəllüdlü Cəvahir Dövrüşova qətlə tyetirilib. Onların oğulları, 1989-cu il təvəllüdlü Vəli Dövrüşov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, hələ də reanimasiya şöbəsindədir.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin üçüncü hissəsinin "а" bəndi üzrə cinayət işi qaldırılıb. Bu maddə 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti