...

Gəncədə "terrorçu" həbs edildi

Hadisə Materials 17 Yanvar 2013 09:40 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, DİN-in 102 xidmətinə özünü təqdim etməyən şəxs zəng edərək Gəncə şəhər Mahrasa bağı qəsəbəsində yerləşən 13 mərtəbəli 2 binanın bomba ilə partladılacağını bildirib.
Gəncədə "terrorçu" həbs edildi

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Gəncə şəhərində bomba həyəcanı yaşanıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, DİN-in 102 xidmətinə özünü təqdim etməyən şəxs zəng edərək Gəncə şəhər Mahrasa bağı qəsəbəsində yerləşən 13 mərtəbəli 2 binanın bomba ilə partladılacağını bildirib. O, özünü Dağıstan Respublikasından gələn terrorçu kimi təqdim edib.

Gəncə şəhər Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində informasiyanın yalan olduğu müəyyənləşdirilib. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Məlum olub ki, zəng edən şəxs 32 yaşlı Gəncə sakini Xəyal Mübariz oğlu Məmmədovdur.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti