Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dayısı Kemal Mutlu müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.
Qəzetin verdiyi məlumata görə, Ərdoğanın dayısı Kemal Mutlu 84 yaşında dünyasını dəyişib.
Mutlunun sabah dəfn ediləcəyi bildirilir.