...

DİN Bakıda “Elbaro” restoranında baş verən silahlı insidentin təfərrüatlarını açıqlayıb

Hadisə Materials 6 Fevral 2013 10:50 (UTC +04:00)
Restoranda atışma yox, xuliqanlıq baş verib.
DİN Bakıda “Elbaro” restoranında baş verən silahlı insidentin təfərrüatlarını açıqlayıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Elbaro" restoranında baş verən silahlı insidentin təfərrüatlarını açıqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, bəzi mətbuat orqanlarında dünən axşam Bakıda Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında baş verən silahlı insidentlə bağlı yer alan məlumatlar həddindən artıq şişirdilib və orada guya atışma olması barədə xəbərlər yayılıb.

Əslində fevralın 5-də saat 22:20-də Bakıda Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında xuliqanlıq törədilib.

Belə ki, Bakı şəhər sakini Samir Həsənov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmin vaxt restoranda olan Bakı şəhər sakinləri Aydın Məmmədovu və onun oğlu Emin Məmmədovu yaralayıb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının dərhal həyata keçirdiyi tədbirlər nəticəsində xuliqanlıq cinayətini törədən Samir Həsənov tutulub.

Hazırda Yasamal RPİ-nin İstinaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi qaldırılıb, istintaq aparılır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus "Sayqa" markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti