...

Türkiyədə Xocalıya həsr edilmiş stendə hücum edənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib

Hadisə Materials 25 Fevral 2013 14:58 (UTC +04:00)
Xocalı soyqırımna həsr edilmiş stendə hücum edənlərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Türkiyədə Xocalıya həsr edilmiş stendə hücum edənlərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Xocalı soyqırımna həsr edilmiş stendə hücum edənlərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Bu barədə bazar ertəsi Trend-ə Ankara Təhükəsizlik İdarəsindən bildiriblər.

Məlumata görə, Ankara polisi Xocalı soyqırımının dünya miqyasında tanınması üçün imzaların toplanmasına həsr edilmiş stendə hücum faktı üzrə araşdırma aparır.

Qeyd edək ki, Ankarada naməlum şəxslər Xocalı soyqırımına həsr edilmiş stendə hücum ediblər. Onlar stendi dağıtmağa cəhd etmiş, nəticədə 7 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti