...

Bakıda ağır yol qəzasında ölənlərin sayı ikiyə çatdı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Mart 2013 10:16 (UTC +04:00)
Bakının Nizami Rayonu Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə saat 23:30-da rayonun N.Əliyev küçəsi ilə hərəkət edən “10-SD-583” dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını “Neoloit” restoranının qarşısında “10-LH-775” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtobili ilə toqquşub.
Bakıda ağır yol qəzasında ölənlərin sayı ikiyə çatdı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 4:52-də yayılıb)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/

Bakının Nizami Rayonu Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən gecə saat 23:30-da rayonun N. Əliyev küçəsi ilə hərəkət edən "10-SD-583" dövlət nömrə nişanlı "Kamaz" markalı yük maşını "Neolit" restoranının qarşısında "10-LH-775" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtobili ilə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki naməlum şəxs - sürücü və sərnişin ölüb.

Avtomobil ciddi deformasiyaya uğradığından meyitləri çıxarmaq üçün hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslərin meytini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti