Azərbaycan, Bakı, 8 mart /Trend/
Türkiyənin Amasya vilayətində cümə axşamı günü gecə Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Doğan xəbər agentliyi məlumat verib.
Zəlzələ yerli vaxtla saat 23:51-də on kilometrə yaxın dərinlikdə baş verib.