Azərbaycan, Bakı, 9 mart /Trend/
Ötən gün Masallıda toyda bıçaqlanma hadisəsi baş verib, bir nəfər ölüb.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonunun Qədirli kəndində, kənd sakini Yavər Nuriyevin həyətində keçirdiyi toy məclisində Ağdam rayon sakini Elvin Rüstəmov münaqişə zəminində kənd sakini Nəriman Quliyevə bıçaqla xəsarət yetirib.
Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Rüstəmov Masallı RPŞ əməkdaşları tərəfindən tutulub.