...

Almaniyada 40 tonluq yük maşını sürücüsuz 10 km məsafə qət edib

Hadisə Materials 23 Mart 2013 11:40 (UTC +04:00)
Almaniyada 40 tonluq yük maşını idarəetməni itirərək sürücüsüz 10 km məsafə qət edib.
Almaniyada 40 tonluq yük maşını sürücüsuz 10 km məsafə qət edib

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Almaniyada 40 tonluq yük maşını idarəetməni itirərək sürücüsüz 10 km məsafə qət edib. Trend-in Almaniya KİV-nə istinadən verdiyi məlumata görə, A6 avtomagistralında baş verən hadisə nəticəsində 5 km uzunluğunda tıxac yaranıb.

Hadisə Almaniyanın Zinshaym şəhəri yaxınığından keçən A6 avtomagistralında baş verib. Belə ki, yük maşınının sürücüsü ürək tutması zamanı huşunu itirib. Polislər avtomagistralın 3 zolağından 2-sini bağlayaraq siqnallar vasitəsilə digər sürücüləri təhlükə barədə xəbərdarlıq ediblər.

Yük maşını 10 km məsafə qət etdikdən sonra maşının bort kompüterinin məcburi tormazlanmanı işə salması nəticəsində dayanıb. Polislər hadisə nəticəsində heç kimin xəsarət almamasını möcüzə kimi qiymətləndiriblər.

Hazırda yük maşının sürücüsü həkim nəzarətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti