Azərbaycan, Bakı, 27 mart /Trend/
Trend EL TV-yə istinadən xəbər verir ki, Goranboy polisi dələduzluqla məşğul olan rayon sakinini saxlayıb. Saxlanılan şəxs Goranboy şəhər sakini İbrahimov İlkin Akif oğlu olub.
Rayon Polis Şöbəsinin istintaq bölməsindən verilən məlumata görə, təqsirləndirilən şəxs rayonun Hacallı kənd sakini Nəcəfov Ziya Qulu oğlunu Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinə işə düzəltmək adı ilə aldadaraq ondan 7150 manat nəğd pul və yüz manat dəyərində bir baş xırda buynuzlu heyvan alıb.
Goranboy RPŞ-nin istintaq bölməsinin müstəntiqi Səbuhi Məhərrəmov bildirilib ki, hazırda İlkin İbrahimovun digər şəxslərə qarşı eyni əməli törətməsi barədə faktların olub-olmaması istiqamətində araşdırmalara başlanılıb.
Goranboyda dələduz yaxalanıb
Trend EL TV-yə istinadən xəbər verir ki, Goranboy polisi dələduzluqla məşğul olan rayon sakinini saxlayıb. Saxlanılan şəxs Goranboy şəhər sakini İbrahimov İlkin Akif oğlu olub.