...

Oğurluq etdiyi evdə yatdığı üçün ələ keçdi

Hadisə Materials 29 Mart 2013 17:09 (UTC +04:00)
Trend "Kəpəz TV"-yə istinadən xəbər verir ki, dünən gecə saatlarında Tovuz rayon sakini Rəşad Vəliyev Şəmkir şəhər sakini Rabə Əmirovanın evinə oğurluğa girib.
Oğurluq etdiyi evdə yatdığı üçün ələ keçdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Şəmkirdə oğurluğa cəhd edən şəxs yatdığı üçün ələ keçib.

Trend "Kəpəz TV"-yə istinadən xəbər verir ki, dünən gecə saatlarında Tovuz rayon sakini Rəşad Vəliyev Şəmkir şəhər sakini Rabə Əmirovanın evinə oğurluğa girib.

9 otaqlı evdən xeyli miqdarda qızıl-zinət və geyim əşyaları oğurlayan, hətta geyimlərdən də bəzilərini geyinən oğru evdə heç kimin olmadığı üçün orada yataraq dincəlmək istəyib.

Evdə yatıb qalan oğru bu gün səhər saat 09:00 radələrində ev sahibi və polis tərəfindən yaxalanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti