Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/
DİN Bakıda inşa edilən binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da saat 20:25 radələrində Nəsimi rayonu S.Rəhimov küçəsində yeni inşa edilən binanın 6-cı mərtəbəsində yanğın baş verib.
Nəticədə 2000 kvm. sahədə taxta qəliblər, eləcə də ona yaxın olan 3 mərtəbəli yaşayış binasında 5 mənzil, habelə həmin evin həyətində saxlanılmış Bakı şəhər sakinləri Atəş Hacıyevə məxsus "Ford" markalı və Elmir Əhədova məxsus "Şkoda" markalı avtomaşınların qabaq hissələri yanıb.
Araşdırma aparılır.