...

Azərbaycanda qeydiyyatı olmayan silah-sursat aşkar edilib

Hadisə Materials 3 Aprel 2013 15:04 (UTC +04:00)
Mingəçevirdə silah-sursat tapılıb, Naxçıvanda isə bir nəfər əlində olan silahları polisə təhvil verib.
Azərbaycanda qeydiyyatı olmayan silah-sursat aşkar edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Mingəçevirdə silah-sursat tapılıb, Naxçıvanda isə bir nəfər əlində olan silahları polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən Mingəçevir şəhərinin ərazisindən tapılmış 2 ədəd qumbara, 2 ədəd şaşka, 1 ədəd fişəng, 72 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı Şəhər Polis Şöbəsinə təhvil verilib.

Naxçıvan Muxtar Respublikasında isə Qaraçux kənd sakini Ayrım Allahverdiyev tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini və 1 ədəd nömrəsi silinmiş qaz tapançasını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti