...

Bakıda çay evində qumarxana aşkar edilib

Hadisə Materials 10 Aprel 2013 10:52 (UTC +04:00)
Bakıda çay evində qanunsuz idman mərc oyunlarını təşkil edən şəxs saxlanılıb.
Bakıda çay evində qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda çay evində qanunsuz idman mərc oyunlarını təşkil edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Zərgərpalan küçəsində yerləşən çay evində qanunsuz idman mərc oyunları təşkil edən Bakı şəhər sakini Anar Məcidovu saxlayaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti