...

AZENKO-da yanğın olub

Hadisə Materials 11 Aprel 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "AZENKO" ASC-yə məxsus elektrik qoruyucuları yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda "AZENKO" ASC-yə məxsus ərazidə taralara yığılmış elektrik qoruyucuları yanıb. Yanğın 5 kv.m sahəni əhatə edib.

Yaxınlıqdakı anbarlar və taralar yanğından mühafizə olunub. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti