...

Qanunsuz tələbə qəbulu təşkil edən vəzifəli şəxslər ifşa edilib

Hadisə Materials 18 Aprel 2013 17:22 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Qanunsuz tələbə qəbulu təşkil edən vəzifəli şəxslər ifşa edilib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda qanunsuz tələbə qəbulu təşkil edən müəssisələrin vəzifəli şəxslərinin qanunazidd əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "İNFO-RTM" MMC və "İnnovasiya" MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti