...

İranın 5 əyalətində zəlzələ baş verib

Hadisə Materials 20 Aprel 2013 09:36 (UTC +04:00)
Ötən gecə saat 23:00 radələrindən bu gün səhərədək İranın 5 əyalətində zəlzələ baş verib.
İranın 5 əyalətində zəlzələ baş verib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir T.Cəfərov/

Ötən gecə saat 23:00 radələrindən bu gün səhərədək İranın 5 əyalətində zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Zəlzələlər Buşəhr əyalətinin Bordxun şəhərində 4,1 bal, Kaki və Abdan şəhərlərində 3,5 bal, İsfahan əyalətinin Həbibabad şəhərində 4,1 bal, Fars əyalətinin Əhl şəhərində 5 bal, Gilan əyalətinin Bərəsər şəhərində və Ərdəbil əyalətinin Kivi şəhərində 3,5 bal gücündə qeydə alınıb.

Məlumata əsasən, zəlzələlər nəticəsində dağıntılar, ölən və yaralananlar olmayıb.

Qeyd edək ki, son iki həftə ərzində İran ərazisində üç güclü zəlzələ baş verib. Zəlzələlər nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti