Azərbaycan, Bakı, 4 may /Trend/
Şənbə günü İranın Buşəhr əyalətinin Kaki şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Trend-in Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumatına görə, zəlzələ yerli vaxtla 04:39-da qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.