...

Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 5 May 2013 09:40 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 94 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 5 m ay /Trend/

Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 94 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda 6 kVt olan transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağın tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti