...

Azərbaycanda dələduzluq edən Özbəkistan vətəndaşı yaxalanıb

Hadisə Materials 6 May 2013 13:24 (UTC +04:00)
Azərbaycanda vətəndaşların qızıl-zinət və pul əşyaları alıb və geri qaytarmayan Özbəkistan vətəndaşı tutulub.
Azərbaycanda dələduzluq edən Özbəkistan vətəndaşı yaxalanıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda vətəndaşların qızıl-zinət və pul əşyaları alıb və geri qaytarmayan Özbəkistan vətəndaşı tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayınadək olan müddətdə Elnarə adlı şəxs etibar etmələrindən sui-istifadə edərək Bakı şəhər sakinləri Mətanət Əzimovadan 5 min manat, Musa Məmmədovdan 3 min manat, Natəvan Əliyevadan 27 min manat və Günay Ağayevadan 1700 manat dəyərində qızıl-zinət və məişət əşyaları alıb və geri qaytarmayıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən şəxs mayın 5-də yaxalanıb.

Məlum olub ki, bu, özünü Elnarə kimi təqdim edən Özbəkistan vətəndaşı Könül Abbasovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti