...

Hacıqabuldakı qəzada motosikletçinin həyat yoldaşı ölüb

Hadisə Materials 17 May 2013 13:34 (UTC +04:00)
Hacıqabul rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hacıqabuldakı qəzada motosikletçinin həyat yoldaşı ölüb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 16-da saat 13.00 radələrində Hacıqabul rayonu ərazisində Pirsaat qəsəbə sakini Zaur Həsənovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla rayon sakini Niftalı Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan motosiklet toqquşub.

Nəticədə Məmmədovun sərnişini, arvadı Ülkər Məmmədova hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti