...

Şəmkirdə ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Hadisə Materials 19 May 2013 20:01 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
Şəmkirdə ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Azərbaycan, Bakı, 19 may / Trend /

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Bəxtiyar Rəhimovun Kəpəz TV-yə verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.

"VAZ 21011" markalı avtomobillə "VAZ 21074" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər, 47 yaşlı Gülnarə Hüseynova, 33 yaşlı Xaliq Mehdiyev, 37 yaşlı Rasim Ələsgərov, 34 yaşlı Tofiq Əliyev dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində xəsarət alanlar "VAZ 21074"-ün sürücüsü - Gədəbəy sakini 30 yaşlı Elçin Quliyev, Şəmkirin Çənlibel kənd sakini 25 yaşlı Mübariz İsmayılov, Gədəbəy sakini 43 yaşlı İmran Orucov və "VAZ 21011"-in sürücüsü Gədəbəy sakini 27 yaşlı Arzu Musayevdir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti