...

Türkiyədə hava şarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ə çatıb

Hadisə Materials 20 May 2013 23:32 (UTC +04:00)
Türkiyədə hava şarının Nevşehirin Göreme qəsəbəsi ile Ürgüp rayonunun Ortahisar qəsəbəsi arasındakı boş bir əraziyə düşməsi nəticəsində son olaraq braziliyalı turist Ellem Kohelmanın (76 yaş) ölməsi ilə həyatını itirənlərin sayı 3-ə çatıb.
Türkiyədə hava şarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ə çatıb

Azərbaycan, Bakı, 20 may /Trend/

Türkiyədə hava şarının Nevşehirin Göreme qəsəbəsi ile Ürgüp rayonunun Ortahisar qəsəbəsi arasındakı boş bir əraziyə düşməsi nəticəsində son olaraq braziliyalı turist Ellem Kohelmanın (76 yaş) ölməsi ilə həyatını itirənlərin sayı 3-ə çatıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, daha əvvəl də braziliyalı turistlər Mamima Ruzas (77) və Maluiza Quvez (85) həlak olmuşdu.

Hadisə nəticəsində xəsarət alan 22 nəfər Nevşehir və Kayseri şəhərlərindəki dövlət və özəl xəstəxanalara yerləşdirilib.

Qəzada yaralanaraq xəstəxanalara yerləşdirilən əcnəbi turistlərdən 7-si Braziliya, 10-u İspaniya, 3-ü Argentina, hərəsinə 1-i olmaqla Puerto Riko və Portuqaliya vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti