...

Bu gecə bir neçə yanğın hadisəsinin qarşısı alınıb

Hadisə Materials 24 May 2013 08:27 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu gecə bir neçə yanğın hadisəsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 24 may /Trend/

Bu gecə Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirlyinin rəsmi saytına istinadən məlumat verir ki, Kürdəmir rayonu, Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 20 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb. Yaxınlıqdakı kafe yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti