Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətinin Həştrud şəhərindən Çaraoymaq şəhərinə qaz nəql edən boru kəmərində yanğın baş verib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hadisəyə səbəb ərazidə iş görən traktorun həmin boru kəmərinə zərər yetirməsi olub.
Hadisə yerinə yanğınsöndürən maşınlar və qaz idarəsinin işçiləri gəlib. Bir neçə saatdan sonra yanğın söndürülüb.
Hazırda boru kəmərinin bərpası istiqamətində iş gedir.
Hadisə nəticəsində ölən olmayıb.