Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/
Neftçala rayon sakini özünü Kür çayına ataraq intihar edib.
Neftçala rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Bankə qəsəbə sakini, 1940-cı il təvəllüdlü Cavadova Fəridə Baloğlan qızı 26 may günorta saat 12:00 radələrində özünü Kür çayına ataraq intihar edib.
Hazırda prokurorluq tərəfindən intihar səbəbləri araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.