Azərbaycan, Bakı, 28 may /Trend/
Qusarda leysan xarakterli yağışlar bir neçə fərdi yaşayış evinə zərər vurub. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qusar rayonu ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağışlar yağıb.
Nəticədə, Qusar şəhərində bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, su nasoslarından istifadə edilərək evlər və həyətyanı sahələr yağış sularından təmizlənib.
Əməliyyat saat 22:23-də başa çatıb.