...

"Son zəng" günü məzun yol qəzasında həyatını itirdi

Hadisə Materials 31 May 2013 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Tovuzda məzun yol qəzasında həyatını itirdi.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Tovuz-Əlimərdanlı avtomobil yolunda baş verib. "VAZ-2107" markalı avtomobilin aşması nəticəsində orta məktəbdə "Son zəng"i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 17 yaşlı Eltun Mustafayev dünyasını dəyişib.

Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub.

Hazırda hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti