...

Nümayişçilər Ankarada parlament binasına doğru irəliləyirlər

Hadisə Materials 1 İyun 2013 10:55 (UTC +04:00)
İki mindən artıq nümayişçi hazırda Ankarada Türkiyə parlamenti və Nazirlər Kabinetinə doğru irəliləyirlər.
Nümayişçilər Ankarada parlament binasına doğru irəliləyirlər

Azərbaycan, Bakı, 1 iyun/Trend, müxbir R. Hafizoğlu/

İki mindən artıq nümayişçi hazırda Ankarada Türkiyə parlamenti və Nazirlər Kabinetinə doğru irəliləyirlər. Bu barədə Trend şənbə günü DHA-ya istinadən məlumat verir.

Agentliyin məlumatına görə, Türkiyə paytaxtının mərkəzi küçələrində bütün əsas yollar bağlanılıb. Yerli polis hazırda nümayişçilərin yolunu kəsməyə çalışır.

Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Gezi parkında gərginlik davam edir.

Gezi parkının dağıdılmasına etiraz edənlər İstiqlal küçəsində barrikadalar qurublar və polis əməkdaşlarına daş atırlar. Polis etirazçılara qarşı gözyşaradıcı qaz və su şırnaqlarından istifadə etməyə davam edir.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti