...

Nobel prospektində ağır yol qəzası baş verib, xəsarət alanlar var

Hadisə Materials 4 İyun 2013 22:44 (UTC +04:00)
Bakının Nobel prospektində ağır yol qəzası baş verib, xəsarət alanlar var. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza 22:00 radələrində 59 saylı məktəbin qarşısında baş verib.
Nobel prospektində ağır yol qəzası baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Bakının Nobel prospektində ağır yol qəzası baş verib, xəsarət alanlar var. Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza saat 22:00 radələrində 59 saylı məktəbin qarşısında baş verib.

Məlumata görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarə etməni itirərək, yolun qarşı tərəfinə keçib. Nəticədə "Mercedes" qarşı yolla hərəkət edən "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən isə "VAZ-2107" hərəkət edən "Lexus" markalı avtomobilə dəyib.

Baş vermiş qəzada iki nəfər xəsarət alıb.

Yol qəzası ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, baş vermiş qəza həmin prospektdə tıxacın yaranmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti