Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E. İsmayılov/
Bakı-Qazax qatarının vaqonunda partlayıcı maddə aşkarlanıb.
Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan DəmirYolları " QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzmməmmədov bildirib.
Onun sözlərinə görə, dünən saat 22: 30-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "112" telefon nömrəsinə Bakı-Qazax marşrutu üzrə hərəkət edən qatarda partlayıcı maddənin olması barədə məlumat daxil olub. Nazirliyin əməkdaşlarının apardığı yoxlama nəticəsində qatarın onuncu vaqonunda vətəndaşdan partlayıcı maddə aşkar edilib.
Qatar Keşlə stansiyasında dayandırılıb və onuncu vaqon qoşqudan açılıb. Qoşqudan açılan vaqonun sərnişinləri digər vaqonlara keçirilib və təyinat yerinə göndəriliblər. Sonradan qoşqudan açılan vaqona yenidən baxış keçirilib.