...

Cəlilabadda toy yasa döndü

Hadisə Materials 13 İyun 2013 10:12 (UTC +04:00)
Cəlilabadda qətl törədilib.
Cəlilabadda toy yasa döndü

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Cəlilabadda qətl törədilib.

Cəlilabad Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, ötən gecə saat 00:30 radələrində Cəlilabad rayonunun Astanlı kəndində toy məclisində 1974-cü il təvəllüdlü Məmmədov Fuad Yavər oğlu 1978-ci il təvəllüdlü Məmmədov İlkin Şakir oğlunu bıçaqla vurub. Nəticədə Məmmədov İlkin aldığı xəsarətdən ölüb.

Faktla əlaqədar Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti