...

Türkiyədə terrorizmlə mübarizə çərçivəsində kütləvi həbslər aparılıb

Hadisə Materials 18 İyun 2013 12:54 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada terrorizmlə mübarizə çərçivəsində kütləvi həbslər aparılıb.
Türkiyədə terrorizmlə mübarizə çərçivəsində kütləvi həbslər aparılıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin paytaxtı Ankara və İstanbulda terrorizmlə mübarizə çərçivəsində kütləvi həbslər aparılıb. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Əməliyyat 26 ünvan üzrə həyata keçirilib. İndiyədək Ankarada 25, İstanbulda isə, 63 nəfər saxlanıldığı bildirilir.

Şübhəlilərin saxlanılması üzrə əməliyyat Türkiyənin bəzi vilayətlərində kütləvi iğtişaşlar çərçivəsində keçirilir. Ölkə hakimiyyəti iğtişaşların bəzi iştirakçılarını terror və qadağan edilmiş digər qruplaşmalarla əlaqədə günahlandırır.

Türkiyədə 20 gündən artıqdır ki, etiraz aksiyaları davam edir. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyır.

Türkiyənin müxalifət partiyaları polisin etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırır.

Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, etiraz edənlərə qarşı həddən artıq gücdən istifadə ilə əlaqədar araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti