Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir İ.İzzət/
Lənkəran rayon sakininin "Lənkəran Süfrəsi" adlandırılan restoranda qumarxana təşkil etdiyi müəyyən olunub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Girdəni kəndi ərazisindəki "Lənkəran Süfrəsi" adlandırılan restoranda, oranın sahibi, Veravul kənd sakini Renat Hüseynovun qumarxana təşkil etdiyi müəyyən olunub.
Faktla əlaqədar araşdırma aparılır.