Azərbaycan, Bakı, 6 iyul /Trend/
Mingəçevir şəhərində 15 yaşlı yeniyetmə batıb. Bu barədə Trend məlumat verib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, süni göldə (ən yaxın xilasetmə məntəqəsindən 15 km aralıda) 1998-ci il təvəllüdlü Arzuman Əhməd oğlu Əzizov çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
A.Əzizovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.