Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
Ötən həftə respublikanın yollarında baş verən yol-nəqliyyat hadisələri zamanı 24 nəfər dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən həftə (01.07.2013-07.07.2013) respublikanın avtomobil yollarında 46 yol-nəqliyyat hadisəsi baş verib.
Qeydə alınan hadisələr nəticəsində 74 nəfər xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, bu dəfə də sürücülər tərəfindən sürət həddinin aşılması yol qəzalarının baş verməsinin əsas səbəbləri arasında mütləq üstünlük təşkil edib.