Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/
Terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları gecə saatlarında Türkiyənin Bitlis vilayətində tikintidə çalışan üç işçini oğurlayıblar. Bu barədə Trend "Hürriyet" qəzetinə istinadən məlumat yayıb.
Onların azad olması ilə bağlı əməliyyatlara başlanılıb.
Qeyd edək ki, PKK yaraqlıları mayın 8-dən etibarən Türkiyə ərazisini tərk etməyə başlayıblar.