...

Şabranda dağlıq ərazidə güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 26 İyul 2013 03:41 (UTC +04:00)
Şabran rayonu, Ağabaş kəndində Şabran və Siyəzən rayonlarının bələdiyyələrinə məxsus dağlıq ərazidə ümumi 450 ha sahədə kol-kos yanıb.
Şabranda dağlıq ərazidə güclü yanğın baş verib (ƏLAVƏ OLUNUB)

FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 00:19-da yayılıb)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Şabran rayonu, Ağabaş kəndində Şabran və Siyəzən rayonlarının bələdiyyələrinə məxsus dağlıq ərazidə ümumi 450 ha sahədə kol-kos yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dağlıq ərazidəki ağaclar və yaxınlıqdakı mal-qara yataqları yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan əvvəl Regional TV məlumat vermişdi ki, Siyəzən rayonunda dağlıq ərazidə güclü yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallah Nazirliyinin Siyəzən və Şabran Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın ümumilikdə 150 hektardan çox ərazini əhatə edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti