...

Ötən gün dənizdə batan 5 nəfər xilas edilib

Hadisə Materials 26 İyul 2013 01:08 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakının Binəqədi rayonunda, “Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 1,5 km məsafədə nəzarət olunmayan ərazidə, Səbail rayonunda “Şıx-2”, Sabunçu rayonunda “Fatmayi” sularda xilasetmə məntəqələrinin ərazilərində, “Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə nəzarətsiz ərazidə və Xəzər rayonunda “Sahil-1” sularda xilasetmə məntəqəsindən təxminən 1 km məsafədə nəzarətsiz ərazidə dəniz çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Ötən gün dənizdə batan 5 nəfər xilas edilib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Ötən gün 5 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakının Binəqədi rayonunda, "Novxanı" sularda xilasetmə məntəqəsindən təxminən 1,5 km məsafədə nəzarət olunmayan ərazidə, Səbail rayonunda "Şıx-2", Sabunçu rayonunda "Fatmayi" sularda xilasetmə məntəqələrinin ərazilərində, "Pirşağı" sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə nəzarətsiz ərazidə və Xəzər rayonunda "Sahil-1" sularda xilasetmə məntəqəsindən təxminən 1 km məsafədə nəzarətsiz ərazidə dəniz çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 5 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti