...

Son 3 gündə İraqda terror aktlarının qurbanlarının sayı 58-ə çatıb

Hadisə Materials 31 İyul 2013 00:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

İraqın Bakubə şəhərindəki qəhvəxanalardan birində baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Muallimiin məhəlləsindəki bir qəhvəxanada yərləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında İraqın Kərkük şəhərində iki fərqli yerdə baş vermiş partlayışlar 1 polis və 1 mülki vətəndaşın həlak olması, 2 nəfərin isə yaralanmasına səbəb olmuşdu.

Son 3 gün ərzində İraqın müxtəlif şəhərlərində terror aktları nəticəsində ölənlərin sayı 58-ə, yaralananların sayı isə 254-ə çatıb. Ən çox insan tələfatı isə (39 ölü) Bağdad şəhərində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti