...

Qaradağ sakinini arvadı ilə mübahisəsinin videosu ilə şantaj ediblər

Hadisə Materials 1 Avqust 2013 13:48 (UTC +04:00)
Ələt qəsəbəsinin iki sakini şantaj yolu ilə həmyerlilərindən 500 manat pul alarkən tutulublar.
Qaradağ sakinini arvadı ilə mübahisəsinin videosu ilə şantaj ediblər

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Ələt qəsəbəsinin iki sakini şantaj yolu ilə həmyerlilərindən 500 manat pul alarkən tutulub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına itinadən xəbər verir ki, iyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istədiklərini bildirib.

Qaradağ Rayon Polis İdarısinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulublar, videoyazı olan mobil telefon onlardan götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti